UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda "Olimpiakos" (Yunanıstan) "Qarabağ"la qarşılaşmada hesabı 3-0 edərək, qələbə qazanıb.
Milli.Az xəbər verir ki, Julian Biankon fərqlənib.
---------
60-cı dəqiqədə El Kaabi dubl edərək hesab arasındakı fərqi artırır.
-------------
"Olimpiakos" 56-cı dəqiqədə hesabı açır. El Kaabi topu tora ötürməyi bacarır.
---------
01:04
"Qarabağ" - "Olimpiakos" qarşılaşmasının ikinci hissəsi başlayıb.
Milli.Az xəbər verir ki, gərgin keçən ilk hissədə 5 real qol epizodu olsa da, top qapı dirəyindən keçməyib. Komandalar fasiləyə 0:0 hesabı ilə yollanıblar.
-----------
00:46
UEFA Avropa Liqasında sonuncu oyununa çıxan "Qarabağ" Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşır.
Milli.Az xəbər verir ki, oyunda ilk hissə başa çatıb.
Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
------------
Matç başladı.
-------
Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində üz-üzə gələcək Yunanıstanın "Olimpiakos" və "Qarabağ" komandalarının start heyəti açıqlanıb.
Milli.Az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.
"Olimpiakos": Kostinya, Konstantinos Dzolakis, Jelson Martins, Velde, Julian Bianson, David Karmo, Pirola, Santyaqo Esse, Dani Qarsiya, Kostulas, Əyyub Əl Kabi
Baş məşqçi: Xose Luis Mendilibar
"Qarabağ": Mateuş Koxalski, Bəhlul Mustafazafə, Elvin Cəfərquliyev, Kevin Medina, Abdullah Zubir (k), Mateus Silva, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Leandro Andrade, Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, Pireydəki "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda Azərbaycan çempionu turnir cədvəlində 3 xalla 34-cü, Yunanıstan təmsilçisi isə 12 xalla 12-ci pillədə qərarlaşıb.
Milli.Az