İdman

AFFA futbolçunun formasındakı yazıya görə klubu cərimələdi

27 Avqust 2025 16:42
Baxış: 495
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az xəbər verir ki, iclasda Premyer Liqasının 2-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib. 

Qurumun qərarlarına əsasən, "Kəpəz" - "Karvan" oyununda "Karvan"ın heyətində 4 nömrəli futbolçu Olavale Doyeninin futbol formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyi, komandaya Premyer Liqaya yeni gələn klub olduğuna görə ilk turda güzəşt olunmasına baxmayaraq analoji hal yenidən təkrarlandığı üçün "Karvan" klubu 1500 manat cərimə edilib.

Həmçinin "Turan Tovuz" - "Araz-Naxçıvan" oyununda "Araz-Naxçıvan"ın heyətində 4 futbolçu sarı vərəqə aldığı üçün "Araz-Naxçıvan" klubu 700 manat cərimələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.