Kriminal

Güllələnən müəllimə kimdir? - FOTO

6 Fevral 2026 12:38
Baxış: 2 584
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, fevralın 6-da Bakıda İdrak Liseyinin qarşısında şagirdin odlu silahdan atəş açması nəticəsində müəllimə Şəhla Kamilova yaralanıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, yaralanan müəllimə Şəhla Fəqani qızı Kamilova 1997-ci ildə anadan olub.

O, 2014-cü ildə Bakının 260 nömrəli tam orta ümumtəhsil məktəbini bitirib. Şəhla Kamilova məktəbin fərqlənən məzunlarından biri olub. Onun adı və fotosu 260 nömrəli məktəbin rəsmi saytında "Fərqlənən məzunlar" bölməsində yer alır.

Müəllimə ali təhsilini Bakı Dövlət Universitetində alıb, kompüter elmləri ixtisası üzrə təhsil alaraq məzun olub.

Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada  müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktı ilə bağlı cinayət işi başlanıb.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.