İdman

Florentino Perez 2-ci "Fiqo" hadisəsini reallaşdırmaq istəyir

6 Fevral 2026 23:37
Baxış: 337
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real Madrid"in prezidenti Florentino Perezin "Barselona"nın ulduz futbolçusu Pedriyə xüsusi maraq göstərdiyi bildirilir.

Milli.Az xəbər verir ki, Peres vaxtilə Luis Fiqo transferində etdiyi kimi, bu dəfə də katalon klubuna ciddi zərbə vurmaq niyyətindədir.

"Real Madrid" rəhbərliyi 2027/2028 mövsümü üçün Pedrini "Barselona"dan heyətinə qatmağı planlaşdırır. Klub prezidentinin ispan yarımmüdafiəçini gələcək layihənin əsas fiqurlarından biri kimi gördüyü qeyd olunur.

Bu ehtimal reallaşacağı təqdirdə, Pedrinin transferi "Barselona" - "Real Madrid" rəqabətində illər sonra baş verə biləcək ən qalmaqallı keçidlərdən biri ola bilər. (Offsideplus.az)

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.