İdman

"Qarabağ"a transferi son anda baş tutmadı

6 Fevral 2026 18:02
Baxış: 491
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" qış transfer pəncərəsinin bağlanmasına sayılı günlər qalmış mərkəz hücumçusu axtarışlarını davam etdirir.

Milli.Az xəbər verir ki, Ağdam təmsilçisi Paraqvayın "Sportivo 2 de Mayo" klubunun forvardı Dieqo Akostanı heyətinə qatmağa yaxın olsa da, bu keçid son anda reallaşmayıb.

Tərəflər arasında bütün detallar üzrə razılıq əldə edilməsinə baxmayaraq, transferin baş tutmama səbəbi açıqlanmır.

Karyerası ərzində Rusiyanın "KamAZ" və "Orenburq" kimi klublarında da çıxış etmiş 23 yaşlı paraqvaylı hücumçu cari mövsümdə meydana çıxdığı iki oyunda iki qol vurmağı bacarıb. "Köhlən atlar" fevralın 10-da saat 23:59-dək davam edəcək transfer pəncərəsinin sonuna qədər bu mövqeyə yeni oyunçu cəlb etməyə çalışacaq. /"Teleqraf"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.