Hadisə

Masallıda ağır qəza - ölən var

6 Fevral 2026 20:54
Baxış: 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Masallı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Masallı şəhərinin Dadva məhəlləsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Vəli Azər oğlu Hətəmzadə idarə etdi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən 1947-cı il təvəllüdlü Qardaş Məhərrəm oğlu Fətullayevin idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alan hər iki sürücü Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırilıb.

Vəziyyəti ağır olan Q.Fətullayev daha sonra Masallıdakı özəl klinikalardan birinə yerləşdirilib. Aparılan bütün reanimasyon tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

V.Hətəmzadənin müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.