Amerika

Qardaşım Trampın əmri ilə öldürülüb - Epşteyn

6 Fevral 2026 21:04
Baxış: 587
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı maliyyəçi Ceffri Epşteyn ABŞ Prezidenti Donald Trampın əmri ilə öldürülüb, çünki o, ad çəkmək istəyirdi.

Milli.Az Teleqraf-a istinadla xəbər verir ki, bunu pedofillikdə ittiham olunan Ceffri Epşteynin qardaşı Mark "Metro" qəzetinə müsahibəsində bildirib.

Qəzet yazır ki, Tramp Epşteynin ölümü ilə bağlı heç vaxt ittiham olunmayıb və bu ölüm hadisəsi intihar kimi qiymətləndirilib.

Xatırladaq ki, Ceffri Epşteyn 2019-cu ilin iyulunda Nyu-York ştatında saxlanılıb, ona qarşı azyaşlı qızların istismarı ilə bağlı ittiham irəli sürülüb. Amma o, həmin ilin avqustunda həbsxana kamerasında intihar edib və bundan sonra cinayət işinə xitam verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.