İran

İran zərbələrdən sonra nüvə obyektlərini bərpa edir

7 Fevral 2026 00:26
Baxış: 313
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İran, ehtimal ki, zərbələr nəticəsində zədələnmiş bir neçə ballistik raket istehsalı obyektini sürətlə bərpa edib və İsrail ilə ABŞ-nin hücumlarına məruz qalmış iri nüvə obyektlərini qismən təmir edib".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu nəticə "The New York Times" (NYT) qəzetinin apardığı peyk görüntülərinin təhlilinə əsaslanır.

NYT ötən ilin iyununda baş vermiş 12 günlük müharibə zamanı İsrail və ya ABŞ tərəfindən zərbələr endirilmiş təxminən 20 məkanı araşdırıb. Qəzetin məlumatına görə, onların yarıdan çoxunda bərpa işləri aparılıb.

İranın nüvə proqramını izləyən ekspertlər NYT-nin nəticələrini təsdiqləyiblər. Bununla yanaşı, onlar qeyd ediblər ki, təmir işlərinin tam miqyası hələ də aydın deyil, çünki peyk görüntüləri yalnız yer səthindəki vəziyyəti göstərir.

Ekspertlərin sözlərinə görə, görünən bərpa işlərinə baxmayaraq, İsfahan, Natanz və Fordodakı üç əsas uran zənginləşdirmə obyektinin hələ də fəaliyyət göstərmədiyi ehtimal olunur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.