Mandarinli bişməyən peçenye resepti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təravətləndirici sitrus aroması ilə seçilən bu peçenye, vaxtı az olanlar üçün ideal və sağlam bir seçimdir.
Milli.Az lazım olan inqrediyentləri təqdim edir:
1 stəkan badam unu (istəyə görə yulaf, fındıq və ya kokos unu ilə əvəz edilə bilər).
2 ədəd mandarin şirəsi.
2 yemək qaşığı kokos yağı.
2 yemək qaşığı bal.
3 yemək qaşığı kokos rəndəsi.
1 kasa kokos unu (üzərinə bulamaq üçün).
Hazırlanma Qaydası
Geniş bir qaba badam ununu tökün. Üzərinə mandarin şirəsini, balı və (əridilmiş) kokos yağını əlavə edin.
Bütün inqrediyentləri spatula ilə qarışdırın. Sonra kokos rəndəsini əlavə edərək yumşaq, formaya düşən bir xəmir əldə edənə qədər yoğurun. Əgər xəmir çox duru olarsa, bir az da badam unu əlavə edə bilərsiniz.
Xəmirdən qoz böyüklüyündə parçalar qopardıb ovucunuzun içində yuvarlayın.
Hazırladığınız topları kokos ununa (və ya rəndəsinə) bulayaraq hər tərəfinin örtülməsini təmin edin.
Peçenyeləri servis boşqabına düzün və özünü tutması üçün soyuducuda təxminən 20-30 dəqiqə dincəldin.
Bal yerinə xurma bəhməzi, kokos yağı yerinə isə kərə yağı istifadə edə bilərsiniz.
Mandarinin qabığının narıncı hissəsini rəndələyib xəmirə qatsanız, aroması daha kəskin olar.
Üzərini kokos yerinə kakao, üyüdülmüş püstə və ya şəkər kirşanı ilə də bəzəyə bilərsiniz.
Əgər xəmir əlinizə yapışırsa, forma verməzdən əvvəl xəmiri 5-10 dəqiqə soyuducuda saxlayın.
Peçenyeləri soyuducudan çıxardıqdan sonra 2-3 dəqiqə gözləyib servis edin ki, daxili daha yumşaq olsun.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
Mingəçevirdə binada yanğın - Zəhərlənənlər var - (Foto)
-
Almaniyada yanacaq bahalaşdı
-
Bakıda dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş - (Foto-Video)
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)
-
Selin Dion 6 il sonra səhnəyə qayıtdı - (Video)
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Elgiz əməkdar artistlə verilişdə "söz savaşı"na çıxdı" - (Video)
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Əməkdar artist görünüşündə dəyişiklik etdi - (Video)
-
Həmin gündən 4 il ötdü... - (Fotolar)
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Soda İbrahimiyə edam cəzası verildi
-
“Çocuklar Duymasın”ın aktrisası tanınmaz halda - (Foto)
-
"Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm"
-
Bədii gimnastların zəriflik şousu başa çatdı - (Foto)
-
Yaşlanmamaq üçün oğlunun qanını özünə köçürmüşdü, indi də itinin ömrünü "uzatmaq" istəyir
-
Ən paxıl BÜRCLƏR – Gözlərinə görünməyin
-
Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı - (Foto)
-
Şəbnəm Tovuzlu geyim ilə müzakirə yaratdı - (Video)





