İdman

“Qarabağ” “Ferentsvaroş”a qarşı

27 Avqust 2025 10:02
Baxış: 551
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu axşam Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirəcək.

Milli.Az xəbər verir ki, "Köhlən atlar" Macarıstan "Ferentsvaroş"unu Bakıda qonaq qəbul edəcək. 

Matç Bakı vaxtı ilə saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda başlayacaq. Komandalar arasında ilk qarşılaşma "Qarabağ"ın 3:1 hesablı qələbəsi ilə nəticələnmişdi.

"Qarabağ" "Ferentsvaroş"  səddini şa bilsə, tarixində 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq. 

Xatırladaq ki, təmsilçimiz daha öncə 2017-ci ildə Avropanın ali klub turnirinin qrup mərhələsində mübarizə aparmışdı.

Qeyd edək ki, Oyunu FİFA referisi Kleman Tyurpen idarə edəcək.

Tural
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.