Ölkə

Nurlan Hacıyevə yüksək vəzifə verildi

27 Avqust 2025 20:42
Baxış: 452
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə aparat rəhbəri təyin olunub.

Milli.Az xəbər verir ki, Naxçıvan maliyyə naziri Həsən İsmayılovun müvafiq əmrinə əsasən Hacıyev Nurlan Rauf oğlu Nazirliyin aparat rəhbəri vəzifəsinə təyin edilib.

N.Hacıyev 4 sentyabr 1985-ci ildə Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Dövlət Universitetində "Gömrük işinin təşkili" və "Ümumi iqtisadiyyat" ixtisasları üzrə ali təhsil alıb.

Qeyd edək ki, əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində başlayan Nurlan Hacıyev sonrakı illərdə "Naxçıvanbank ASC"nin Culfa rayon filialının müdiri, 2017-ci ildən isə Maliyyə Nazirliyinin Xəzinə şöbəsində sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.