23:55
"Qarabağ"ın qələbəsini ən çox azarkeşlər haqq edirdilər.
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarstan) qarşı keçirdikləri cavab oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Liqa mərhələsinə yollandıqları üçün hədsiz sevincli olduqlarını söyləyib:
"Gərgin oyuna şahidlik etdik. Futbolçularım böyük nailiyyət təbrik edirəm. Sanki çoxdandır stadionda bu cür atmosferə şahidlik etmirdim. Bu qalibiyyəti ən çox azarkeşlərimiz haqq edirdilər".
Qurban Qurbanov Liqa mərhələsinin oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcəklərini istisna etməyib:
"Liqa mərhələsinin oyunlarını hansı stadionda keçirəcəyimizə qərar verməmişik. Matçlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda da davam etdirə bilərik. Lakin məsləhət olarsa Bakı Olimpiya Stadionundan da istifadə etmək mümkündür".
Baş məşqçi "Qarabağ" futbolçularının oyundan öncə gərgin olduqlarını vurğulayıb:
"Son 3 gün idi ki, futbolçuların yanında idim. onların necə gərgin olduqlarını hiss edirdim. Hətta, futbolçularıma soyuqqanlı olmağı tapşırmışdım. Baxmayaraq ki, mənim özümdə də gərginlik hiss olunurdu. Şükürlər olsun ki, bu gün onlar şirin məğlubiyyət aldılar. Onların hər birini bağrıma basıram. Futbolçularımız Liqa mərhələsində oynamağı tam haqq edirdilər".
Qeyd edək ki, "Qarabağ" - " Ferentsvaroş " oyunu qonaqların 3:2 hesablı qələbəsi ilə bitib. Səfərdəki ilk matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinmişdi.
------------
22:55
"Hamı görürdü ki, gərginlik var idi. Bu, məsuliyyətdən irəli gələn bir şey idi".
Milli.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ferentsvaroş"la matçdan sonra deyib.
"Futbolçularım qəhrəmandırlar. Onları təbrik edirəm. Neçə il idi ki, bunu istəyirdik. Allah bu gün bizə bunu nəsib etdi. İstəyirdik ki, daha yaxşı oyun göstərək. Ümumi nəticə çox sevindiricidir. İnanın ki, bu gün daha gərgin oyun oldu. İlk dəqiqələrdən bu, hiss olundu. 1:3-dən sonra hamı deyirdi ki, qalib olacağıq. Futbol göstərir ki, istənilən nəticə ola bilər" - Qurbanov deyib.
Qeyd edək ki, "Qarabağ" iki oyunun nəticəsinə görə "Ferentsvaroş"u mübarizədən kənarlaşdıraraq Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Milli.Az