İqtisadiyyat

Azərbaycanda işsiz gənclərin sayı açıqlandı

27 Avqust 2025 23:25
Baxış: 316
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ölkə əhalisinin 2.3 milyon nəfərini və 22.5 faizini gənclər təşkil edir.

Milli.Az xəbər verir ki, bu, "Azərbaycan gəncləri" məcmuəsində öz əksini tapıb.

Gənclərin 52.9 faizi şəhər yerlərində, 47.1 faizi isə kənd yerlərində yaşayır.

Əlavə olaraq qeyd edilib ki, Azərbaycanda ötən il 19-25 yaşda 54 min 535 gənc işsiz kimi qeydiyyata alınıb. Bu, 2023-cü illə müqayisədə 8738 nəfər azdır.

Belə ki, 2024-cü ildə 55 min 63 gənc isə işə düzəlib. Bu əvvəlki illə müqayisədə 13 min 525 nəfər çoxdur.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.