İspartanın Senirkent rayonunda dəhşətli hadisə baş verib.
Milli.Az xəbər verir ki, 16 yaşlı İsmail Karaaslan dostları ilə sərinləmək üçün girdiyi gölməçədə həyatını itirib.
Hadisə avqustun 10-da Senirkentin Gençalı kəndindəki gölməçədə qeydə alınıb. Karaaslan "balıq" tullanışı edərək suya atılarkən başını gölməçənin dibinə çırpıb və boynundan ağır xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Lakin bütün tibbi müdaxilələrə baxmayaraq, o, avqustun 25-də həyatını itirib.
Karaaslan həmin gün Gençalı kəndində torpağa tapşırılıb.
Həmin dəhşətli görüntüləri təqdim edirik:
Milli.Az