İdman

“Qalatasaray” daha bir ulduz futbolçunu heyətinə qatdı - FOTO

27 Avqust 2025 23:36
Baxış: 359
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qalatasaray" daha bir mühüm transferə imza atıb. Sarı-qırmızılı klub Fransa təmsilçisi "Monako"dan Vilfrid Singonu heyətinə qatıb.

Klubun açıqlamasına görə, "Qalatasaray" bu transfer üçün "Monako"ya 30 milyon avro transfer haqqı ödəyəcək. Bundan əlavə, müəyyən şərtlərin yerinə yetirilməsi halında 5 milyon avro bonus da ödənəcək. Həmçinin, futbolçunun gələcəkdə satılması zamanı "Monako"ya 10 faiz pay veriləcək.

Uzun danışıqlardan sonra əldə olunan razılaşma ilə Singo 4+1 il olmaqla, ümumilikdə 5 illik müqavilə imzalayacaq.

Sarı-qırmızılılar yeni mövsüm öncəsi transfer hücumlarını davam etdirərək heyətini daha da gücləndirməyi planlaşdırır.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.