Azərbaycanda bankların kredit portfelinin artımı ötən ilin dekabr ayında da davam edib.
Milli.Az Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat ayında bankların kredit portfeli 0.4% və ya 109.5 milyon manat artaraq 27,5 milyard manat olub.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri - 53.8% (14,787.2 mln. manat);
ıı) istehlak kreditləri - 30.7% (8,445 mln. manat)
ııı) ipoteka kreditləri - 15.5% (4,245.5 mln. manat).
Ümumilikdə, 2024-cü ildə bankların kredit portfeli mütləq ifadədə 4,294.7 mln. manat (o cümlədən biznes kreditləri 2,170.4 mln. manat, istehlak kreditləri 1,508 mln. manat, ipoteka kreditləri 616,4 mln. manat) artıb.
Cəmi kredit portfelində (BOKT-lar və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.5% təşkil edib.
Milli.Az