"BYD" "Nissan"ı çətin vəziyyətə salıb - "Honda" da riskə getmək istəmir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Honda" və "Nissan" avtomobil satışlarının azalması fonunda birləşərək bazar paylarını qorumağı planlaşdırır.
Milli.Az xəbər verir ki, "Honda"nın satışları 2023-cü ildə 4,6% azalaraq 3,8 milyon ədədə, istehsalı isə 11% enərək 3,7 milyon avtomobilə düşüb. "Nissan" isə ötən il 0,8% satış itkisi ilə 3,3 milyon avtomobil satıb, istehsal isə 8,7% azalaraq 3,1 milyona geriləyib. Bu rəqəmlər iki şirkətin birləşməsinin zəruriliyini önə çıxarır.
Yapon şirkətləri ötən ilin sonunda ortaq holdinq qurmaq planlarını açıqlayıblar. Əgər "Mitsubishi" də bu ittifaqa qoşularsa, üçlük illik 8 milyon avtomobil sataraq Toyota (10,8 milyon) və Volkswagen (9 milyon) ilə rəqabət aparmaq imkanına sahib ola bilər.
Lakin "Nissan"ın maliyyə çətinlikləri "Honda"nı ehtiyatlı olmağa vadar edir. "Nissan" ABŞ-də iş yerlərini azaltmaq və istehsal gücünü 20% aşağı salmaq planları ilə böhrana qarşı tədbirlər görsə də, "Honda" bu addımların yetərli olub-olmadığına şübhə ilə yanaşır.
Bu arada "Nissan"ın 36%-nə sahib olan Fransanın "Renault" şirkəti də Yaponiyaya nümayəndə heyəti göndərərək bu birləşmədən doğan maliyyə riskləri ilə bağlı narahatlığını ifadə edib. "Nissan"ın Çin və ABŞ bazarlarındakı zəif performansı onun gəlir proqnozunu 70% azaltmasına səbəb olub.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Azərbaycanda ən çox alınan avtomobillər - Siyahı
-
Formula 2 Azərbaycan Qran-Prisində 2 pilot mübarizəni yarımçıq dayandırıb - (Foto)
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"
-
Tıxacda avtomobillərin üstündən keçə bilən cip - (Video)
XƏBƏR LENTİ
-
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Ruhiyyə Balakişiyeva vəzifəsindən ayrıldı
-
Əminə Rəhimova vəfat etdi
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
İlkin Namazov işdən çıxarıldı - (Foto)
-
Prezident İlham Əliyev onu "Dostluq" ordeni ilə təltif etdi
-
“Nikosayağı” övladlarının fotosunu paylaşdı - (Foto)
-
Bu ərazimizə qar yağdı: 10 santimetr
-
Arda Güler cəzalandırıldı
-
G7 dizellə bağlı vacib qərar verdi
-
İllərdir küsülü olan Mətanət Əsədova və Elza Seyidcahan barışdı - (Video)
-
Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür
-
45 yaşlı qadın yanaraq öldü - Oğlu tutuldu - Yenilənib
-
Şimali Kipr sahillərində gəminin batma səbəbi bilindi
-
Maaş və pensiyalar nə qədər artacaq? – Deputatdan açıqlama
-
Millətlər Liqası: Belçika Türkiyəni darmadağın etdi, Farer adaları yenə uduzmadı
-
AzTV-nin keçmiş aparıcısı “Qocalar evi”ndə yaşayır
-
Dənizdən yığıb yola asfalt çəkdilər
-
Gündə 10 min addım qaydası süqut etdi
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin





