Dünya

Tramp qəzaya görə onları günahlandırdı - FOTO

30 Yanvar 2025 15:39
Baxış: 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, ABŞ-də Reyqan Vaşinqton Milli Hava Limanına eniş etmək istəyən sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub. Bu qəza nəticəsində 60 sərnişin və 4 ekipaj üzvü olan təyyarə Potomak çayına düşüb. Axtarışlar zamanı çayda 18 nəfərin cansız cəsədi tapılıb, amma sağ qalanların hələ xilas edilmədiyi və axtarışların davam etdiyi bildirilib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, qəza ilə əlaqədar ABŞ prezidenti Donald Trampdan diqqətçəkən açıqlama gəlib.

Tramp hava trafiki nəzarət qülləsini günahlandıraraq, "Niyə idarəetmə qülləsi təyyarəni görüb-görmədiklərini soruşmaq əvəzinə helikopterə nə etməli olduğunu söyləmədi?" deyə sual verib. Tramp "Təyyarə mükəmməl və rutin yanaşma yolunda idi. Helikopter uzun müddət təyyarəyə doğru uçurdu, gecə aydın idi və təyyarənin işıqları yanırdı. Niyə helikopter yuxarı və ya aşağı getmədi və ya dönmədi?" suallarını verib.

O, hadisənin təxribat olub-olmadığını da soruşub.

Qəzanın baş verdiyi anla bağlı əldə edilən qeyddə hava trafiki dispetçerinin helikopterdən, "Sizin baxış xəttinizdə ticarət təyyarəsi var mı?" soruşduğu və bu danışıqdan sonra toqquşmanın baş verdiyi bildirilir.

Qəzanın təfərrüatları araşdırılmağa davam edir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.