Dünya

ABŞ-da 600 min venesuelalı deportasiyadan qoruyan statusdan məhrum edildi

30 Yanvar 2025 19:50
Baxış: 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ hökuməti çərşənbə günü təxminən 600 min venesuelalı miqrant üçün müvəqqəti qorunma statusunun (TPS) uzadılmasını dayandırıb. 

Milli.Az xəbər verir ki, bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kristi Noem Fox News kanalına verdiyi müsahibədə  bildirib.

Nazir bildirib ki, Joe Baydenin əvvəlki administrasiyası 10 yanvar tarixində TPS proqramını 2026-cı ilin oktyabrına qədər uzadıb. "Bu, həmin şəxslərə qalmağa və qanunlarımızı pozmağa davam etməyə imkan verirdi", - deyə Noəm qeyd edib.

ABŞ prezidenti Donald Tramp isə 2012-ci ildən ABŞ-a gələn Venesuela vətəndaşlarına sığınacaq verilməsi ilə bağlı bütün işlərin təhlil edilməsini tələb edən fərman imzalayıb. O, hesab edir ki, "indiki vaxtda ABŞ-da yaşayan venesuelalıların 90%-i ölkəyə gəldikdən sonra Venesuelada həyatlarının təhdid olunduğunu yalan söyləyib"./Qaynarinfo

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.