Nizami Tibb Mərkəzinin direktoru Eldar Abbasov vəzifəsindən azad edilib.
Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Nizami Tibb Mərkəzinin direktoru Eldar Abbasov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi) 4 dekabr 2025-ci il tarixindən tutduğu vəzifədən azad olunub.
Milli.Az





