Siyasət

İlham Əliyev: Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır

8 Dekabr 2025 19:07
Baxış: 147

Səfər zamanı apardığımız danışıqlar onu göstərir ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında söyləyib.

Keçən il Slovakiya ilə Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladıqlarını xatırladan dövlətimizin başçısı qeyd edib ki, bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir. O sənədin imzalanmasından sonra bütün istiqamətlər üzrə biz çox fəal əməkdaşlığı görürük.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.