Kartalkaya'da baş verən yanğınla bağlı həbs edilən aşpaz Faysal Yavər ifadə verib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, Faysal Yavər prokurorluqdakı ifadəsində yanğını gördükdən sonra binadan çölə çıxana qədər yanğın siqnalı və xəbərdarlıq mexanizminin işə düşmədiyini bildirib.
O, oteldə işlədiyi müddətdə yanğınsöndürmə təlimi keçildiyini və ya hər hansı yoxlama aparıldığını bilmədiyini vurğulayıb.
Yavər yanğını ilk görənlərdən biri olduğunu, yanğının başladığı andan etibarən insanları oyandırmağa çalışdığını və oteldən çıxmaq üçün çətinliklə qarajın dəmir qapısını açdıqlarını qeyd edib. Bununla yanaşı, o, yanğının qarşısını almağa məsul şəxsləri və təlimlərin olub-olmaması ilə bağlı heç bir məlumatı olmadığını bildirib.
Aşpaz hadisənin təkrarlanmaması üçün məsuliyyəti öz üzərinə götürmədiyini və bu faciədə günahı olmadığını ifadə edib. O, özünün yalnız səhər yeməyi hazırlamaqla məsul olduğunu və gecə işçiləri olmadığı üçün restoran bölməsindəki təhlükəsizlik məsələləri ilə əlaqəsinin olmadığını qeyd edib.
Fidan
Milli.Az