Bakıda avtomobil yollarında qəza ocaqları müəyyənləşdiriləcək.
Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.
Dövlət Proqramına əsasən, avtomobil yollarında baş vermiş qəzalarda ölüm hallarının azaldılması istiqamətində zəruri tədbirlər görülməsi üçün Nazirlər Kabineti Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Nəqliyyatı Əlaqələndirmə Şurası ilə birlikdə 2025-2027-ci illərdə birgə təhlillər aparılmasını, çatışmazlıqlar aradan qaldırılmasını təmin etməlidir. /APA
Milli.Az