Şou-biznes

Miri Yusifdən onu şantaj edən şəxslə bağlı gözlənilməz addım

30 Yanvar 2025 14:39
Baxış: 1 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndini Xalq artistinin videolarını yayacağı ilə şantaj edən şəxs ilə bağlı ilkin iclas keçirilib. 

Milli.Az bildirir ki, ilkin iclasda Miri Yusif və Emin Əfəndi sözügedən şəxsi bağışlayıb.

Yanvarın 19-u naməlum şəxs vatsap vasitəsilə Emin Əfəndiyə  mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə hədələyib və pul tələb edib.

Daxili İşlər Nazirliyinin operativ reaksiyası nəticəsində sözügedən şəxs qısa zamanda polis tərəfindən saxlanılıb. /olay.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.