Ölkə

Azərbaycan və Bəhreyn Krallığı arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO

30 Yanvar 2025 15:31
Baxış: 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, qonağı salamlayan general-polkovnik Z.Həsənov onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Müdafiə naziri Bəhreyn Krallığı tərəfindən göstərilən humanitar yardıma, eləcə də Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi dövründə beynəlxalq təşkilatlarda dəstəyinə görə minnətdarlıq ifadə edib.

Feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini xüsusi vurğulayıb.

Görüşdə hərbi, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və daha da genişləndirilməsi, eləcə də regional təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.