Dünya

Təyyarənin qəzaya uğradığı ərazidən 30-dan çox meyit tapıldı

30 Yanvar 2025 16:20
Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşduğu ərazidən 30-dan çox adamın meyiti çıxarılıb.

Milli.Az xəbər verir ki, bu barədə xilasetmə işləri ilə tanış olan iki mənbə NBC-yə bildirib.

Qeyd edilib ki, Potomak çayından 30-dan çox meyit çıxarılıb.

Bildirilib ki, xilasetmə əməliyyatı çətin şəraitdə davam edir.

Qeyd edək ki,  60 sərnişin və dörd ekipaj üzvünü daşıyan American Airlines təyyarəsi çərşənbə günü axşam yerli vaxtla axşam saat 9 radələrində Reyqan milli hava limanına enməyə cəhd edərkən göyərtəsində üç əsgərin olduğu ABŞ ordusuna məxsus Black Hawk helikopteri ilə toqquşub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.