Hadisə

"Kişi gəlib namaz qılmağa, damda güdüb, vurub”

20 Oktyabr 2025 23:52
Baxış: 473
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ötən gün Xaçmazda baş verən qətlin təfərrüatları məlum olub.

Milli.Az xəbər verir ki, 44 yaşlı Emin Nəcimulla oğlu Cəlilov öz evində güllələnərək qətlə yetirilib.

Onun qohumu 37 yaşlı yaşlı Rafiq Həbibov tərəfindən öldürüldüyü bildirilir.

"Kişi gəlib namaz qılmağa, damda güdüb, vurub. Qəfil arxadan vurub. Kişini arxadan vurmazlar.  3-4 gün bundan əvvəl cibinə pul qoyub ki, kasıb adamsan, yetimsən. Dəmiryığan idi", - mərhumun qohumu bildirib.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polisə könüllü təslim olub. (baku.tv)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.