Ermənistan

Ermənistanda etirazlar - Gürcüstanla sərhədi bağladılar

20 Oktyabr 2025 23:46
Baxış: 327
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistan-Gürcüstan sərhədindəki "Bavra", "Baqrataşen" və "Qoqavan" sərhəd-keçid məntəqələrinə gedən yollar yük maşını sürücüləri tərəfindən bağlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb sürücülərin Rusiya ərazisində qalma müddəti ilə bağlı tətbiq edilən məhdudiyyətlərə olan etirazıdır.

Onlar bildiriblər ki, hazırki qaydalara əsasən, Rusiya ərazisində il ərzində yalnız 90 gün qalmağa icazə verilir və bu müddətin uzadılmaması yükdaşıma fəaliyyətinə ciddi təsir göstərir.

Etirazçılar daha əvvəl hökumət binası qarşısında keçirilən aksiya zamanı yaradılan nümayəndə heyətinin görüşündən narazı qalıblar. Sürücülər bəyan ediblər ki, tələbləri yerinə yetirilməyincə xarici yük maşınlarının keçidinə icazə verməyəcəklər.

Hazırda sərhədin Ermənistan istiqamətlərində gərginlik davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.