Hadisə

Hacıqabulda erkən nikah cəhdinin TƏFƏRRÜATI: "Xəstə uşağımın arzusu idi, gəlinsiz məclis etdik" - VİDEO

21 Oktyabr 2025 00:41
Baxış: 368
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hacıqabulun Meyniman kəndində 23 yaşlı oğlan ilə 16 yaşlı qızın planlaşdırılan toy mərasimi dayandırılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan  bildirilib ki, məlumat daxil olan kimi tədbirlər görülüb. 

Erkən nikaha cəlb olunan Sabirabad rayonunun Qarağac kənd sakini, 16 yaşlı qızın ailəsinə baş  çəkdik. 

Qız evi hər şeyi inkar etsə də, oğlan evində başqa mənzərə ilə üzləşdik. Toy mərasimi ötən gün keçirilsə də, toyun izləri - qab-qaşıq, ocaqda qazan və sair  gözümüzdən yayınmadı. Elə toyu olan bəyin anası da olanları təsdiq etdi. 

Hadisə ilə bağlı oğlanın anası Validə Zərbalıyeva jurnalistlərə müsahibə verib.

Ananın sözlərinə görə, məqsəd erkən nikah deyil, xəstə övladının arzusunu yerinə yetirmək olub: "Oğlum üçün elçi getdik. Sonra məlum oldu ki, qızın sənədləri yoxdur. Ona görə bu işi dayandırdıq. Sadəcə, xəstə uşağımın arzusu var idi. Həkimlər ömrünün az olduğunu deyiblər. Qardaşının toyunu görmək istədiyi üçün gəlinsiz məclis keçirdik. Toy təzə başlayanda polislər bizə məlumat verdilər, məclisi dayandırdıq, hamı dağılışdı", - deyə o söyləyib.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində hüquqi məsuliyyət tədbirləri görülür.

Hər iki ailə nəzarətdə saxlanır. 

Daha ətraflı videomaterialı təqdim edirik.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.