Şou-biznes

İllərdir küsülü olduğu qızı ilə barışdı - VİDEO

20 Oktyabr 2025 19:24
Baxış: 1 014
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızı Aysellə bir müddətdir küsülüdür. 

Milli.Az xəbər verir ki, Aysel "Günə uğurla" proqramına gələrək aktrisa ilə barışmaq istədiyini deyib. M.Xanlarova və Aysel canlı yayımda üz-üzə gəliblər. 

"Bacıma hörmət onu qəyyumluğa da götürmədim. Bacım rəhmətə getdi, 3 yaşından onu böyütdüm. Ona demədim xalayam, bibiyəm...  İndi onun 6 övladına anayam" deyə, Xanlarova bildirib. 

Aysel isə "Yaxşı ki anamdır. O, mənim xalam yox, anamdır. Heç bir xala belə etməz. Yaxşı ki, başımızın üstündəsən. Ondan üzr istəyirəm" deyərək, aktrisaya barışıq əli uzadıb.

Qeyd edək ki, M.Xanlarova Ayseldən rəsmi imtina etdiyini açıqlamışdı. O, bildirib ki, 35 ildir analıq etdiyi bacısı qızını bağışlamayacaq. 

M.Xanlarova "Bir gün gəlib deyir ki, sən nənə yox, nənəliksən. Uşaqlara deyib ki, anam da, xalam da deyil, Mehribandır. 19 yaşından gedib, məsuliyyətini o ev daşıyır. İmkanım olsa hətta anamı götürüb buralardan çıxıb gedərəm. Ölsəm ölümün üstünə gəlməsin. 35 ildir... Nənəlik sözünə ayıldım. Qız güldü və dedi ki, nə nənə, nənəlik..." deyə, səbəblə bağlı açıqlamasında söyləmişdi. (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.