İqtisadiyyat

Mərkəzi Bank sabah 10.00-da vacib məlumat açıqlayacaq

21 Oktyabr 2025 12:15
Baxış: 1 284
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq.

Milli.Az xəbər verir ki,  sözügedən məlumat sabah 10:00-da açıqlanacaq.

Həmin gün saat 11:00-da Mərkəzi Bankda mətbuat konfransı keçiriləcək və konfrans canlı yayımlanacaq. 

Qeyd edək ki, sonuncu dəfə Mərkəzi Bank uçot dərəcəsini 7.00%-ə, faiz dəhlizinin aşağı həddini 6.00%-ə, faiz dəhlizinin yuxarı həddini isə 8.00% səviyyəsində sabit saxlayıb.

Mehman Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.