Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq.
Milli.Az xəbər verir ki, sözügedən məlumat sabah 10:00-da açıqlanacaq.
Həmin gün saat 11:00-da Mərkəzi Bankda mətbuat konfransı keçiriləcək və konfrans canlı yayımlanacaq.
Qeyd edək ki, sonuncu dəfə Mərkəzi Bank uçot dərəcəsini 7.00%-ə, faiz dəhlizinin aşağı həddini 6.00%-ə, faiz dəhlizinin yuxarı həddini isə 8.00% səviyyəsində sabit saxlayıb.
Mehman Əsədov
Milli.Az