Dünya

Bu ölkədə ilk qadın baş nazir seçildi

21 Oktyabr 2025 12:27
Baxış: 355
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yaponiya parlamentinin aşağı palatası oktyabrın 21-də Sanae Takaiçini ölkənin 104-cü baş naziri seçib.

Milli.Az xəbər verir ki, o, bu posta seçilən ilk qadın olaraq tarixə düşüb.

465 deputatdan 237-si Takaiçiyə səs verib. Əsas rəqibi Yosihiko Noda isə 149 səs toplayıb.

Takaiçinin lideri olduğu Liberal Demokratik Partiya səs çoxluğuna malik olmadığından, bir gün öncə Yaponiya Yenilənmə Cəmiyyəti Partiyası ilə koalisiya qurub. Bu ittifaq onun seçilməsində həlledici rol oynayıb.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.