Dünya

Putin və Trampla bağlı maraqlı iddia: eyni təyyarədə gedəcəklər?

21 Oktyabr 2025 14:02
Baxış: 500
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kreml Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampın Budapeştdə keçiriləcək sammitə eyni təyyarə ilə gələcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu məlumatları "fantastik versiya" adlandırıb.

"Bunu tam mənası ilə fantastik bir fərziyyə kimi qəbul edirəm," - deyə Peskov jurnalistlərin sualına cavab verib.

Xatırladaq ki, oktyabrın 16-da Putin və Tramp arasında səkkizinci telefon danışığı baş tutub. Tərəflər qarşıdan gələn iki həftə ərzində Budapeştdə şəxsi görüş keçirmək barədə razılığa gəliblər.

Peskovun sözlərinə görə, danışıqlar üçün Budapeştin seçilməsi hər iki siyasətçinin Macarıstanın baş naziri Viktor Orbanla yaxın və konstruktiv münasibətlərə malik olması ilə bağlıdır.

İsmayıl
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.