Müdirinin aldığı pivədən komaya düşüb öldü - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni Zelandiyada 21 yaşlı gənc içdiyi pivədən sonra komaya düşərək həyatını itirib.
Milli.Az xəbər verir ki, "Mirror" nəşrinin məlumatına görə hadisə 2023-cü ilin martında Oklend şəhərində baş verib. Eydan Saqala adlı gənc işdən qayıdarkən müdirindən hədiyyə olaraq aldığı "Honey Bear Beer" markalı pivədən bir qutu gətirib. O, içkinin ilk qurtumunu aldıqda dadının qəribə dərəcədə duzlu olduğunu hiss edib. Onun qohumu da pivəni dadsa da, dərhal tüpürüb və içkidə "dəniz duzu və kimyəvi maddə" dadı olduğunu söyləyib.

Bir neçə dəqiqə sonra Eydanın halı pisləşib. O, anasına zəng edərək vəziyyətinin ağırlaşdığını bildirib. Ardınca onun üzü göyərib və bacısı təcili yardımı çağırıb, həmçinin qardaşına ürək-ağciyər masajı edib. Gənc xəstəxanaya çatdırılsa da, komaya düşüb və çoxsaylı orqan çatışmazlığı yaranıb. Beş gün sonra isə onun ürəyi dayanıb.
Araşdırmalar zamanı məlum olub ki, pivə bankasının içərisində maye halda metamfetamin olub. Yeni Zelandiya polisi hadisə ilə bağlı genişmiqyaslı əməliyyat keçirib və nəticədə ölkədə fəaliyyət göstərən böyük narkoticarət şəbəkəsi aşkarlanıb. Hüquq-mühafizə orqanları Oklenddəki anbarda ABŞ-dan gətirilmiş kombuça içkiləri, Hindistandan idxal olunmuş kokos suyu və Kanadadan göndərilmiş pivə partiyasında ümumilikdə 700 kiloqram mayə metamfetamin tapıblar.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Unitaza buz kubları atmağa başladılar - səbəb
-
"Azərbaycanda bunları ilk dəfə mən etmişəm" - Abbas Bağırov
-
Arıqlama iynələri tez qocaldır
-
Avropada ən ucuz ərzaq məhsulları haradadır?
-
“Sabah” “Vikinq”ə məğlub oldu - Çempionlar Liqası
-
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür - (Foto)
-
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
-
Oğrular evə girəndə ilk bu 5 yerə baxırlar
-
Günün qoroskopu: Dünyanızı alt-üst edəcək bir şey baş verəcək
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib
-
Burakın serialının anonsu silindi - (Foto)
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Vinisius göz yaşlarını saxlaya bilmədi
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Bir sıra sosial ödənişlərin məbləği artırılır - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
-
Qaradağda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
"Hürrəm" ilk dəfə Bakıda - (Video)
-
Qələmzər Tağıyevaya vəzifə verildi





