İdman

Abubakar "Neftçi"də bu qədər qazanacaq

21 Oktyabr 2025 13:03
Baxış: 676
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Neftçi" klubu Azərbaycan futbolunda böyük rezonans doğuracaq transferə imza atıb. Paytaxt təmsilçisi Kamerun millisinin və tanınmış hücumçu Vensan Abubakarı heyətinə cəlb edib.

Milli.Az xəbər verir ki, təcrübəli forvard "ağ-qaralar"la razılığa gələrək illik təxminən 500 min dollar (təqribən 850 min manat) gəlir əldə edəcək.

Məlumata görə, klub rəhbərliyi büdcə imkanlarına uyğun şərtlər təqdim edib və Abubakarın cavabını gözləyib. Afrikalı hücumçu isə təklifi dəyərləndirərək ölkəmizdə çıxış etməyə qərar verib.

Transferdən öncə Vensan Abubakar "Neftçi"nin baza və infrastruktur imkanları, həmçinin klubun gələcək hədəfləri ilə yaxından maraqlanıb. Bütün bunlarla tanış olduqdan sonra futbolçu Bakıda karyerasını davam etdirməyə razılıq verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.