Dönərdə dabaq təhlükəsi - Xalq artistindən valideynlərə çağırış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son vaxtlar iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin sürətlə yayılması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Bu vəziyyət xüsusilə də ucuz qiymətə satılan dönər məhsullarına olan münasibəti gündəmə gətirib və sosial mediada geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, mövzuya ictimaiyyətin tanınmış simaları da biganə qalmayıb.
Xalq artisti Brilyant Dadaşova şəxsi sosial media hesabında valideynlərə çağırış edərək, övladlarının qidalanmasına daha diqqətlə yanaşmağa səsləyib. O, xüsusilə də keyfiyyətsiz və ucuz dönər məhsullarından uzaq durmağı tövsiyə edib.
Bütün bu narahatlıqlar fonunda ortaya çıxan sual budur: Ucuz dönərlər həqiqətən sağlamlıq üçün ciddi təhlükə yaradırmı?
Məsələ ilə bağlı şəhərdə fəaliyyət göstərən dönərçilər bildirirlər ki, AQTA bu kimi nüansları daim nəzərdə saxlayır:
"Ətə görə məsuliyyət daşıyırıq. Sertifikatlarımız da var. Hazırda müdriyyətdədir. Ət alarkən ilk növbədə onun təzə olmasına fikir veririk".
Məsələ ilə bağlı qida eksperti Məhsəti Hüseynova bildirib ki, ətdən insana bir çox viruslar keçə bilər:
"Ət alarkən onun mənşəyinə baxmaq lazımdır. Əti doğradığımız bıçaq gigiyenik və ayrı olmalıdır. Mütləq 70 dərəcədə bişməlidir ki, viruslar ölsün".
Mövzu ilə bağlı AQTA-dan bildirilib ki, ilin əvvəlində təsdiq olunmuş planlı yoxlamalar, eyni zamanda, daxil olan şikayətlər və mediada yayılan məlumatlar əsasında bazar və digər satış şəbəkələri də daxil olmaqla qida zənciri boyu yoxlama-nəzarət tədbirləri davam etdirilir. Yüksək riskli qida məhsulları hesab olunduğu üçün belə qida məhsullarının satışı qida təhlükəsizliyi norma və tələblərinə uyğun həyata keçirilməlidir. Bazarlarda sanitariya-gigiyena qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət olunmalı, tez xarab olan məhsulların satışı üçün sahələr soyuducu dolab və ya vitrin, həmçinin dondurucularla təchiz edilməli, yararlılıq müddəti göstərilməmiş, istifadə müddəti ötmüş məhsullar satılmamalıdır. Qanunvericiliyə əsasən, bununla bağlı sahibkarlıq subyektləri, o cümlədən bazar rəhbərləri birbaşa məsuliyyət daşıyırlar.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
XƏBƏR LENTİ
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə





