Avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı, həbs edildi - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avtoxuliqanlıq hərəkətləri edərək sosial şəbəkədə paylaşan şəxs həbs edilib.
Daxili İşlər Nazirliyindən (DİN) "Milli.Az"a verilən məlumata görə, Bakı şəhər sakini Şəmsi Vəliyev idarə etdiyi "VAZ 21074" markalı avtomobillə Xətai rayonu ərazisində hərəkətdə olarkən ictimai qaydanı nümayişkaranə şəkildə pozaraq digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmaqla avtoxuliqanlıq əməli törətdiyi və bu növ videoları sosial şəbəkələrdə paylaşaraq insanların haqlı narazılığına səbəb olduğu üçün Xətai rayon DYP şöbəsinin Yol-Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Müvafiq sənədləşdirmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Vəliyevin əməlinə hüquqi qiymət verilərək o, inzibati qaydada həbs edilib.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə daha bir qayda pozuntusu daha aşkar edilib. Belə ki, Bakı şəhər sakini Kənan Yusubov "VAZ" markalı avtomobil üzərində qanunvericiliklə qadağan olunan konstruksiya dəyişikliyi apararaq onu bu vəziyyətdə idarə etdiyi üçün saxlanılıb, nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilməklə barəsində inzibati tənbeh tədbiri görülüb.
Bir daha sürücülərin diqqətini çatdırmaq istərdik ki, yol hərəkəti qaydalarını pozaraq özlərini və ətrafdakı insanların həyatını təhlükəyə atmasınlar, nəzərə alsınlar ki, bu növ qayda pozuntularının hər biri diqqət mərkəzində saxlanılır və qayda pozan hər bir şəxs aşkar edilərək barələrində qanunamüvafiq tədbirlər görülür.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Rusiyanın ən varlı sənətçisi Sergey Jukovdur
-
Bakının bəzi yerləri işıqsız qalacaq - Yenilənib
-
Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - (Video)
-
Yanan maşını yanacaqdoldurma məntəqəsindən belə uzaqlaşdırdı - (Video)
-
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi - (Foto)
-
Yevlaxda balıqçı itkin düşüb
XƏBƏR LENTİ
-
Tomatlı yeməklərə 1 qaşıq əlavə edin: Turşuluğ, kəskin dad aradan qalxır
-
Rusiyanın ən varlı sənətçisi Sergey Jukovdur
-
“Savoring” nədir? Xoşbəxt anların daha uzun sürməsini təmin edən psixoloji bacarıq
-
ABŞ polisi səhvən 22 yaşlı tələbəni güllələdi - (Foto)
-
Bakının bəzi yerləri işıqsız qalacaq - Yenilənib
-
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
-
"Qalatasaray"dan 45 milyon avroluq transfer gəlir (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmağınız vacibdir
-
Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - (Video)
-
Aidə Əliyevaya AFFA-da vəzifə verildi
-
Yanan maşını yanacaqdoldurma məntəqəsindən belə uzaqlaşdırdı - (Video)
-
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi - (Foto)
-
Raheem Sterlinq ikiillik həbs edilə bilər
-
Yevlaxda balıqçı itkin düşüb
-
Nepalda daşqınlarda ölənlərin sayı 157-yə çatıb
-
Çempionlar Liqasının püşkatmasında yeni qayda
-
Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi: indi tarix Köçəryanla Sarkisyanın qapısını döyür
-
“Tezliklə İrana qarşı böyük qələbə əldə edəcəyik” - Tramp
-
Luis Enrike ulduz futbolçunu cəzalandırıb
-
Xətai rayonundakı küçə iki gün bağlı olacaq
-
Dani Bolt Medinanın komanda yoldaşı olacaq
-
Restoran üslubunda "İmam bayıldı" resepti
-
Azərbaycanın “Sabah” futbol klubu Prezident İlham Əliyevə təşəkkür edib
-
Aktyor Tim Karri vəfat edib





