Nömrəsini sərnişinə vermək istəyən SÜRÜCÜ CƏZALANDIRILDI - AÇIQLAMA - YENİLƏNİB - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paytaxtda fəaliyyət göstərən 60 nömrəli avtobusda sürücüsü nəqliyyat vasitəsini idarə edərkən yaxınlıqda əyləşən qadın sərnişinə nömrəsini verməyə çalışıb. Bununla bağlı BAKU.WS-in "qaynar xətt"inə görüntülər göndərilmişdi.
"BUS TRANS" MMC-nin direktoru Qalib Salahov sözügedən video ilə bağlı BAKU.WS-ə açıqlama verib.
Qurum rəsmisi qeyd edib ki, həmin işçinin kimliyi müəyyən edilərək agentliyə dəvət edilib və onun barəsində inzibati cəza tədbiri görülüb:
"Həmin işçi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) dəvət edilib. Biz onu inzibati qaydada cəzalandırmışıq. Əlavə nəsə də lazım olsa, biz onun barəsində tədbir görəcəyik. O sərnişinə qarşı çox sərt şəkildə hörmətsizlik və tərbiyəsizlik edib. Biz bunu şiddətli şəkildə qınayırıq, tənqid edirik və qəbul etmirik. Vətəndaş bu barədə şikayət etməkdə haqlıdır. Bu səbəblə də biz inzibati qaydada ona cəza tətbiq etmişik".
-------
12:00
Paytaxtda fəaliyyət göstərən avtobuslardan birində xoşagəlməz hal yaşanıb.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, 60 nömrəli avtobun sürücüsü nəqliyyat vasitəsini idarə edərkən yaxınlıqda əyləşən qadın sərnişinə nömrəsini verməyə çalışıb.
Bu barədə baku.ws-in "qaynar xətt"inə video göndərilib.
Həmin vaxt avtobsuda olan sərnişinlərdən biri sürücünün bu qeyri-etik hərəkətini anbaan görüntüləyib.
Qeyd edilib ki, 99-LR-159 dövlət qeydiyyat nişanlı avtobus Bakıxanov-8-ci mikrorayon-Əhmədli-Koroğlu istiqamətində hərəkət edib.
Video şənbə günü səhər saat 09-00 radələrində çəkillib.
Şikayətçi onu da bildirib ki, bu istiqamətdə hərəkət edən sürücülər sərnişinlər üçün tez-tez belə xoşagəlməz hallara yol verirlər.
Vətəndaşlar bu marşrut xəttindəki avtobusların sürücüləri ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) dəfələrlə müraciət etdiklərini də qeyd ediblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
XƏBƏR LENTİ
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)





