Ölkə

Çənəsi sındırılan qazinin son halı - FOTO

9 May 2023 09:47
Baxış: 2 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hücuma məruz qalan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ döyüşçüsü Namiq Babayev bu gün 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub.

Milli.Az xəbər verir ki, bu barədə Bakupost.az-a Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib.

Hazırda onun vəziyyəti orta qiymətləndirilir.

Hücuma məruz qalan Namiq Babayevin çənə sümüyü sınmış, dişləri qırılmışdı.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsi qazi Namiq Babayevi vuraraq çənəsini sındıran Rəvan Nəbizadə barəsində 1 ay müddətinə qətimkan tədbiri seçilib. R.Nəbizadə barəsində Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Bakupost.az əməliyyatdan sonra Namiq Babayevin xəstəxanadan fotolarını əldə edib.

Həmin fotoları təqdim edirik:

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.