İdman

Azərbaycan komandasının qrup məşqlərindəki proqramı çox xoşuma gəlir - Misirli gimnast

14 Aprel 2023 19:44
Baxış: 756
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan komandasının qrup məşqlərində çıxış etdiyi proqram çox xoşuma gəlir.

Bu barədə Trend-ə bədii gimnastika üzrə AGF Trophy Beynəlxalq turnirinin iştirakçısı, misirli gimnast Amina Sobeih deyib.

Amina Sobeih Misir yığmasının Bakıya yarışlardan bir gün öncə gəldiyini vurğulayıb.

"Bakıda yalnız podium məşqi keçirə bildik, əsas hazırlığımız evdə keçib. Bakıda çıxış etmək xoşuma gəlir, burada həmçinin yarış zalı maraqlı işıqlandırılıb", - gimnast əlavə edib.

Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü AGF Trophy Beynəlxalq turnirinin yarışları 14-16 aprel tarixlərində Bakıda yerləşən Milli Gimnastika Arenasında keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edir.

Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.