Ölkə

Təyyarədən Türkiyə bayrağıyla enən əməkdaşı səfir belə qarşıladı - Kövrək ANLAR - VİDEO

9 Mart 2023 18:08
Baxış: 2 629
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi FHN-nin zəlzələ ilə bağlı Türkiyəyə ezam olunmuş növbəti heyəti Bakıya dönüb.

Türkiyədən dönən heyəti qardaş Türkiyənin ölkəmizdəki səfiri Cahit Baxçı qarşılayıb. O heyətin rəhbəri Fövqəladə Hallan nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə təyyarədən enərkən görüşüb və ona təşəkkür edib. Bu zaman əlində Türkiyə bayrağı ilə təyyarədən enən FHN-nin bir əməkdaşını səfir qolundan tutaraq özünə çəkib və qucaqlayıb. Kövrək anlar sosial şəbəkələrdə maraqla qarşılanıb.

Milli.Az bildirir ki, Manset.az həmin şəxsin kimliyi ilə bağlı araşdırma edib. Məlum olub ki, o FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Tural Rzayevdir. Tural Rzayev Türkiyədəki dəhşətli zəlzələdən sonra yaranan dağıntılar altından insanların çıxarılması zamanı xüsusi qəhrəmanlıqlar göstərib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.