Ölkə

Bakı-Sumqayıt qatarının şüşəsini sındıran azyaşlılar tutuldu - VİDEO

15 İyul 2022 12:52
0 Şərh     Baxış: 1 349
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində hərəkətdə olan zaman nəqliyyat vasitəsinə kənardan daş atılıb.

Milli.Az xəbər verir ki, bu barədə DİN-in məlumatında deyilir. Məlumata görə, nəticədə vaqonlardan birinin şüşəsi qırılıb və sərnişinlərin həyatı üçün real təhlükə yaranıb. Eyni zamanda bu hal qatarın hərəkətində gecikməyə səbəb olub. Məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən tədbir nəticəsində qeyd edilən hadisəni törədən şəxslər müəyyən edilərək saxlanılıblar. Qatara daş ataraq maddi ziyan vuran, həmçinin sərnişinlər arasında ciddi narahatçılığına səbəb olanlar yetkinlik yaşına çatmayan şəxslər olduğundan onlar valideynləri ilə birlikdə Sabunçu Xətt Polis Şöbəsinə gətiriliblər. Burada həmin şəxslərdən valideynlərinin iştirakı və razılığı ilə izahat alınıb. Polis əməkdaşları tərəfindən qeyd edilən hadisəni törədən şəxslərin valideynləri ilə profilaktik söhbətlər aparılıb və onların diqqətinə övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu çatdırılıb.

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsində araşdırmalar tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.