Ölkə

Biləsuvarda qanunsuz tikintinin qarşısı alınıb - VİDEO

4 Aprel 2022 19:54
0 Şərh     Baxış: 760
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

FHN-dən Milli.Az-a verilən xəbərə görə, Agentliyin mütəxəssisləri tərəfindən Biləsuvar şəhərində vətəndaş Hüseynov Elçin Qədir oğlu tərəfindən müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib. Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.