Ölkə

Ukraynada olan daha 12 azərbaycanlı sürücü təxliyə edildi

2 Mart 2022 13:54
0 Şərh     Baxış: 1 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada olan azərbaycanlı sürücülərin daha bir qrupu təxliyyə edilib.

ABADA-nın İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlunun verdiyi məlumata görə, bu gün səhər saatlarında Odessa şəhərində cəmləşən 12 yük maşını Moldova respublikasına yola düşür.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ABADA-nın aidiyyatı qurumlarla apardığı danışıqların nəticəsi olaraq, sürücülər Moldova-Rumıniya-Bolqarıstan-Türkiyə marşrutu üzrə hərəkət edəcəklər. Sürücülərin təxliyyəsi ilə bağlı həmin ölkələrdəki səfirliklərimizə məlumat verilib. Keçidin sadələşdirilməsi üçün müvafiq işlər görülüb.

ABADA tərəfindən yola düşən sürücülərin yanacaq təminatı da həll edilib. Bu təxliyə prosesində Kiyevdə cəmləşən 9 nəqliyyat vasitəsi var.

Növbəti mərhələdə Kiyev və digər ərazilərdən olan bir neçə yük maşınının da təxliyyəsi planlaşdırılır.

Bundan öncəki təxliyyə prosesi zamanı 7 yük nəqliyyat vasitəsi Ukrayna hüdudlarından çıxarılıb. Hazırda onlardan 6-ı Bolqarıstanda, biri isə Rumıniya ərazisindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.