Ölkə

Marketdə eskalatora ilişən uşağın ayağı sındı - VİDEO

21 Yanvar 2022 10:15
0 Şərh     Baxış: 1 909
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən ticarət mərkəzində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən xəbərə görə, məlumat əsasında hadisə yerinə operativ olaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, qaldırıcı eskalator hərəkətdə olan zaman 2016-cı il təvəllüdlü uşağın sol ayağı eskalatorun pilləkənlərinin arasında sıxılı vəziyyətdə qalaraq, uşağın həyat və sağlamlığı təhlükə altına düşüb. Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə uşağın ayağını eskalatorun pilləkənləri arasından çıxararaq onu xilas ediblər. Uşaq təcili tibbi yardım briqadasına təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.