Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 24 600 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 747, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 548, buster doza üzrə vaksinasiya olunanların sayı isə 18 305 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 894 072, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 120 573, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 617 224, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 156 275 təşkil edir.
Milli.Az