Ölkə

Yeni il şənlikləri ilə bağlı restoranlarda nəzarət gücləndiriləcək

2 Dekabr 2021 20:18
0 Şərh     Baxış: 1 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yeni il şənlikləri zamanı ictimai iaşə müəssisələrində xüsusi karantin rejiminin tələblərinə əməl edilməsilə bağlı nəzarət tədbirləri həyata keçiriləcək".

Milli.Az xəbər verir ki, bunu Agentliyin Bakı regional bölməsinin rəisi Zaur Kərimov deyib.

O qeyd edib ki, şənlik keçirilmə qaydası Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiq etdiyi təlimatlara uyğun olmalıdır: "Metodik göstərişlərin tələblərinə mütləq şəkildə əməl olunmalıdır. Korporotiv şirkətlərin təşkil edəcəyi şənlik mərasimlərinin iştirakçıların sayı barədə də portalda məlumat olmalıdır. Bu zamanda qeyd olunan tələblərə əməl edilməlidir".

Z.Kərimovun sözlərinə görə, yeni il şənliklərinin keçirilməsi üçün tələb olunan vaxtdan 5 gün əvvəl qeydiyyatdan keçmək kifayətdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.