Qarlı havada hərəkət edən nəqliyyat vasitəsinin qarşısına qəfil avtomobil çıxır...
Sürücü cəld tərpənib qəza baş vermədən maşını saxlaya bilir... Amma bundan sonra olanlar avtomobil və içərisindəkilər üçün daha təhlükəli vəziyyət yaradır... Belə ki, maşının üzərindəki qar topaları avtomobilin ön şüşəsinə tökülür... Qar o qədər çoxdur ki, şüşəsilənlərin belə bunu təmizləməyə gücü çatmır...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, nəqliyyat eksperti Yasin Mustafayev bildirir ki, belə halların yaşanmaması üçün maşını idarəetmədən əvvəl mütləq şəkildə təkcə ön şüşələr deyil, üzərindəki qar da təmizlənməlidir. Ekspert bildirir ki, qarlı-şaxtalı havada təkcə səriştəli idarəetmə bacarığı kifayət deyil. Avtomobil qəzalarının sayının artmaması üçün idarəetmədən əvvəl də müəyyən tədbirlərin görülməsi vacibdir.
Nəqliyyat eksperti bildirir ki, belə havalarda fərdi nəqliyyat vasitələrindən istifadə etməmək daha məqsədəuyğundur.
Bildirildi ki, şaxtalı qarlı havalarda istər avtomobillər, istərsə də piyadalar üçün mənzil başına çatmağın ən qısa və etbiarlı yolu, ehiyyatlı və səbrli davranmaqdır.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az