"Atamın səhhəti ağırdır. Hazırda evdədir. İki gündən sonra yenidən Mərkəzi Gömrük Hospitalına yerləşdiriləcək və sol ayağı amputasiya ediləcək".
Milli.Az xəbər verir ki, bu sözləri teleqraf-a tanınmış filosof-kulturoloq Niyazi Mehdinin oğlu Toğrul Mehdi atasının səhhətindəki son durum haqqında danışarkən deyib.
Qeyd edək ki, N.Mehdi ayağında baş barmağı amputasiya edilib. Onun 73 yaşı var.
Milli.Az